CƏMİYYƏT
Azərbaycanda üç gün ərzində gözlənilən hava proqnozu açıqlanıb
Bakı, 27 may, AZƏRTAC
Ölkə ərazisində mayın 28, 29, 30-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 28-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18°, gündüz 23-26°, Bakıda gecə 16-18°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Mayın 29-da havanın dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Cənub-qərb, qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20°, gündüz 23-26° isti, Bakıda gecə 18-20°, gündüz 24-26° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi normadan yüksək - 764 millimetr civə sütunu, nisbi rütubət 65-75 təşkil edəcək.
Mayın 30-da gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19°, gündüz 26-29°, Bakıda gecə 17-19°, gündüz 26-28° isti olacağı bildirilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 28-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 25-30°, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı ehtimal edilir.
Mayın 29-30-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 24-29° isti, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacaq.