AZƏRBAYCANDA UKRAYNA MƏDƏNİYYƏTİ GÜNLƏRİ DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Ukrayna mədəniyyəti günləri çərçivəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində dost ölkənin mədəniyyət ustaları ictimaiyyət qarşısında çıxış etmişlər.
Mərasim Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda ümummilli liderin abidəsi önünə əklil qoyulması ilə başlanmışdır. Sonra qonaqlar qəsəbədəki Lesya Ukrayinkanın adını daşıyan parkda şairənin büstü önünə əklil qoymuşlar.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan 166 nömrəli məktəb-liseydə davam etdirilən tədbirin təşkilini yüksək dəyərləndirən qonaqlar ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın səviyyəsindən razılıq etmişlər.
Konsertdə Ukraynanın xalq artisti Vasili Çepelyuk, əməkdar artistlər Lazuka Mixaylo, Alla Opeyda, Vyaçeslav Suduma Azərbaycan və Ukrayna mahnılarını ifa etmişlər. Bundan əlavə, konsertdə milli rəqslər, vokal-xoreoqrafik kompozisiyalar, folklor nümunələri göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]