Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb – QRAFİK
Bakı, 25 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 78 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,1 dəfə çoxdur.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, avqustun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı illik müqayisədə 7,1 faiz azalaraq 5,2 min kvadratmetr təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yeddi ayında Azərbaycandan xarici bazarlara 229,13 min dollar dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri ixrac edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə çoxdur.

Ölkəyə idxal edilən xalça və digər toxunma döşəmə örtüklərinin dəyəri isə illik müqayisədə 12,5 faiz azalaraq 9 milyon 852,78 min dollar təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1,9 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. Həmin dövrdə Azərbaycandan 50,83 min dollar dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri ixrac edilib, idxal isə 11 milyon 258,61 min dollar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [11:29]
Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb
- 24.09.2026 [11:00]
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub - YENİLƏNİB
- 24.09.2026 [11:00]
Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var
- 24.09.2026 [10:15]
Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:58]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:52]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:36]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:33]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [21:26]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:58]