AZƏRBAYCANDAKI YUNAN DİASPORUNUNNÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
Yunanıstan dövlətinin başçısı soydaşları ilə görüşdən məmnun qaldığını bildirdi. Bakı Yunan Mədəniyyəti Mərkəzinin sədri Vanya Pilicev başçılıq etdiyi qurumun fəaliyyəti, ana dilinin, doğma tarix və mədəniyyətin gənc nəslin nümayəndələrinə öyrədilməsi üçün burada keçirilən tədbirlər barədə məlumat verdi. O bildirdi ki, yunan diasporu azsaylı olsa da, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edir, ata-babalarının adət-ənənələrinə hörmətlə yanaşır, gənclərə tarixi vətənlərinə məhəbbət hissi aşılayır.