Azərbaycanın 3 sənaye parkı "TOP-10" reytinqində yer alıb

Bakı, 15 may, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Mingəçevir, Pirallahı, Qaradağ sənaye parkları 40 sənaye parkı arasında ilk onluqda yer alıb.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə “BIK Ratings” agentliyinin hazırladığı siyahıda qeyd edilib. Belə ki, sənaye parklarının reytinq siyahısında Azərbaycanla bərabər, Belarus, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rusiya, Özbəkistan və Estoniya yer alıblar.
Reytinq hazırlanarkən, sənaye parklarının vergi mühiti, infrastrukturu, ölkəyə giriş şəraiti, ölkədə insan inkişafı indeksi, makroiqtisadi və siyasi mühit üzrə göstəricilər təhlil edilib. Nəticədə ilk onluğa İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkı (3-cü yer), Pirallahı Sənaye Parkı (7-ci yer) və Qaradağ Sənaye Parkı (10-cu yer) daxil olublar. Bu reytinqdə ilk yeri “Velikiy Kamen” Çin-Belarus Sənaye Parkı tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [19:20]
® “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib
- 16.05.2025 [18:49]
508 və 521 nömrəli marşrutların hərəkət istiqaməti dəyişdirilir
- 16.05.2025 [17:35]
Azərbaycan "Russia Halal Expo 2025" sərgisində təmsil olunur
- 16.05.2025 [17:09]
® EBRD və “Unibank” Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcək
- 16.05.2025 [16:35]