AZƏRBAYCANIN DÖVLƏT SƏRHƏDLƏRİ ETİBARLI SURƏTDƏ QORUNUR
Ötən ay axtarışda olan 44 nəfər saxlanmış, 1 avtomat silah, 2 sandıqça, 1 süngü bıçağı, 1 “F-1” markalı əl qumbarası, müxtəlif çaplı 650 patron, 1 ov tüfəngi, 1 ov bıçağı, 4 kiloqram 634 qram narkotik maddə müəyyənləşdirilərək götürülmüşdür.
Həmin müddətdə 9 halda dövlət sərhədinin pozulmasının qarşısı alınmış, nəticədə 20 nəfər Əfqanıstan vətəndaşı, 4 nəfər İran vətəndaşı və 2 nəfər Azərbaycan vətəndaşı sərhəd pozucusu qismində tutulmuş, sərhəd rejimi qaydalarını pozduqlarına görə 17 nəfər Azərbaycan vətəndaşı saxlanmışdır.
Qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycanın 3, Çinin 2 nəfər, Fransa, Litva, Özbəkistan və Türkiyənin hərəsinin isə 1 vətəndaşı saxta sənədlə, Gürcüstanın 3, müxtəlif ölkələrin isə 37 vətəndaşı müvafiq sənədləri olmadığına görə saxlanmışdır.
Həmçinin, Malayziyanın 6, İranın 6, Filippinin 4, Türkiyənin 4, Hindistanın 4, İraqın 2, Nepalın 2, Yəmənin 2, Suriyanın 2, Misir və Sudanın hərəsinin 1 vətəndaşı vizaları olmadığına görə, Türkiyənin və Azərbaycanın hərəsinin 1 vətəndaşı isə şübhəli şəxs qismində saxlanaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Ay ərzində dəyəri təqribən 50 min manat (AZN) olan qaçaqmalın qarşısı alınmışdır.
Dövlət sərhədlərimizin etibarlı surətdə qorunması davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]