AZƏRBAYCANIN GÜCLÜ HƏRBİ SƏNAYE KOMPLEKSİ VARDIR VƏ BU KOMPLEKS DAHA DA İNKİŞAF ETDİRİLMƏLİDİR
Son bir neçə il ərzində Azərbaycanda müasir və çox güclü hərbi sənaye kompleksi yaradılmışdır. Azərbaycanda bu sahədə istehsal olunan məhsullar dünyanın ən yüksək standartlarına cavab verir.
Bu sözləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümü münasibətilə keçirilən hərbi paraddakı nitqində demişdir. Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycanda daha güclü hərbi sənaye kompleksinin yaradılmasına nail olmalıyıq. Biz hələ ki, silah-sursat, hərbi texnika, döyüş təyyarələrinin böyük əksəriyyətini xaricdən alırıq. Bu proses davam etdirilir və dost ölkələrlə əməkdaşlığımız güclənir. Ancaq biz istəyirik ki, lazım olan hərbi texnika və silah-sursat maksimum dərəcədə Azərbaycanda istehsal olunsun.