AZƏRBAYCANIN GÜRCÜSTANDAKI SƏFİRİ KAXETİ BÖLGƏSİNDƏ SOYDAŞLARIMIZLA GÖRÜŞMÜŞDÜR
Səfir bildirmişdir ki, Azərbaycan hökuməti Qabal kəndində daşqın nəticəsində uçan körpünün bərpa olunmasına vəsait ayırmış və gürcü tərəfin müvafiq qərarını gözləyir. Sonra N.Əliyev Qabal kəndindəki orta məktəbə kompyuter və kitablar hədiyyə etmiş, yaxın vaxtlarda Bakıdan Azərbaycan və gürcü məktəblərinin birinci sinif şagirdləri üçün içində lazımi ləvazimat olan çantaların gətirilib paylanacağını demişdir.
Diplomat oradan Azərbaycan -Gürcüstan sərhədindəki “Laqodexi” gömrük-buraxılış məntəqəsinə getmiş, onun iş rejimi və əhalinin sərhədi keçərkən qarşılaşdığı problemlərlə tanış olmuşdur. O, Telavi rayonunda bölgədə azərbaycanlılar yaşayan ən böyük kəndin - Qaracaların sakinləri ilə görüşmüş, məktəbə kompyuter və kitablar hədiyyə etmişdir.
Natiq Əliyev görüşlərdə bildirmişdir ki, gətirdikləri hədiyyələri Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisinin üzvü Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu göndərmişdir. Sakinlər bu hədiyyələrə, onlara və övladlarına qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Səfərdə Azərbaycan səfirini Gürcüstan parlamentinin deputatı Quram Kokalaşvili müşayiət etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]