AZƏRBAYCANIN İKİ İDMANÇISI UNİVERSAL DÖYÜŞ ÜZRƏ AVROPA ÇEMPİONATININ FİNALINA ÇIXMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın iki universal döyüşçüsü Rusiyanın Kaluqa vilayətinin Medın şəhərində keçirilən Avropa çempionatının finalına vəsiqə qazanmışdır.
Yığma komandanın baş məşqçisi Fərhad Ocaqverdiyev AZƏRTAC-a bildirmişdir ki, yarımfinalda Ermənistan idmançısı üzərində qələbə qazanan Elçin Eminov (50 kq) finala yüksəlmişdir. Eyni nəticəni Xəyyam Səfixanov (70 kq) da təkrarlamışdır. O, yarımfinal qarşılaşmasında rusiyalı idmançını nokautla məğlub etmişdir.
Yığma komandamızın daha bir üzvü - Ramin Məmmədov isə mübarizəni yarımfinalda davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]