İDMAN
Azərbaycanın iki klubu legioner basketbolçular transfer edib
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan klubları yeni basketbolçular transfer ediblər.
AZƏRTAC xəbər verir ki, "Şəki" ötən mövsümü Şadron Dövlət Kollecinin basketbol komandasında keçirmiş 24 yaşlı Coş Robinsonu heyətinə qatıb. Bu, oyunçunun Avropada ilk peşəkar müqaviləsi olub.
Qısa hücumçu mövqeyində çıxış edən idmançı "Şəki"də 3 nömrəli formanı geyinəcək. Bölgə təmsilçisi daha əvvəl Ərcan Donat, Əbdülmətin Quliyev, Kris Barton, Karl Cons, Ceyhun Həsənli və Aleks Koldvelli ilə güclənib.
“Lənkəran” isə türkiyəli Efe Baykalın keçidini rəsmiləşdirib. 1,95 santimetr boya malik hücumçu ilə 1 illik sözləşmə imzalanıb. 19 yaşlı basketbolçu karyerası ərzində ölkəsinin “Emlak Konut”, “Samsunspor” və “Trabzonspor” klublarında forma geyinib. Bu, debütantın 7-ci legioner basketbolçu transferi olub. Onlar buna qədər ABŞ-dan olan Filmon Gebriyhit, Emanuel Littlz, Maykl Rocers, Gregori Milton, Ceremi Berrayt və Andre Bolu heyətinə cəlb edib.