Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın İtaliyadakı səfirindən erməni səfirinin cəfəng iddialarına tutarlı cavab

Azərbaycanın İtaliyadakı səfirindən erməni səfirinin cəfəng iddialarına tutarlı cavab

Roma, 29 mart, AZƏRTAC

İtaliyanın “L’Opinone” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin Xocalı soyqırımı ilə bağlı fikirlərinin yer aldığı yazıya Ermənistanın İtaliyadakı səfiri Sargis Qazaryan cəfəng iddialar, yalan və təxribatçı fikirlərlə münasibət bildirib. Buna cavab olaraq həmin qəzetdə M.Əhmədzadənin məktubu dərc olunub (http://www.opinione.it/esteri/2016/03/19/redazione_esteri-19-03.aspx).

S.Qazaryanın diplomatik etikaya yad olan fəaliyyət tərzi və üslubunun onun diplomatiya sahəsində ilk vəzifə daşımasından xəbər verdiyini deyən M.Əhmədzadə vurğulayıb ki, Ermənistan səfiri ölkəsinin dünya üçün heç bir strateji və iqtisadi maraq kəsb etməməsi səbəbindən öz fəaliyyətinin böyük hissəsini Azərbaycana qarşı qarayaxma kampaniyasına sərf edir. Belə bir fəaliyyətin Ermənistanda hakimiyyəti güc yolu ilə qəsb etmiş hərbi-kriminal xuntanın təmsilçisi olan bir səfir tərəfindən aparılmasının gülünc olduğunu bildirən M.Əhmədzadə Ermənistanda insan haqlarının acınacaqlı vəziyyətindən bu ölkənin siyasətçilərinin belə xəcalət çəkdiyini deyib. Diqqətə çatdırıb ki, bu xüsusda Ermənistanın müxalifət partiyasının lideri Rafi Hovannisyanın Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə ünvanladığı məktubla tanış olmaq kifayətdir.

M.Əhmədzadə erməni səfirinə 1999-cu ildə Ermənistan parlamentində baş vermiş gülləbarana, bu ölkədə avtoritar rejimin hakimiyyəti əldə saxlaması üçün dinc sakinlərə qarşı həyata keçirdiyi qətl və repressiyalara, ötən ilin dekabrında bu rejim tərəfindən hakimiyyəti əbədiləşdirmək üçün təşkil olunmuş konstitusiya dəyişikliyi ilə bağlı saxta referenduma, siyasi aktivistlərin davamlı təqibə, təhdidə və hücumlara məruz qalmasına aydınlıq gətirməyi məsləhət görərək, sadalanan bütün faktların Ermənistanın kriminal-hərbi avtoritar rejiminin mahiyyətini göstərdiyini deyib.

Erməni səfirinin “Azərbaycanın xarici ölkə vətəndaşlarını, o cümlədən 38 italiyalını “qara siyahı”ya daxil etməkdən zövq aldığı” fikrinə münasibətdə azərbaycanlı diplomat bildirib ki, həmin şəxslərin Azərbaycan hökuməti tərəfindən arzuolunmaz şəxslər elan edilmələri onların Ermənistanın hərbi işğalı altında olan ərazilərimizə Azərbaycanın razılığı olmadan qeyri-qanuni səfər etmələri ilə bağlıdır. Halbuki, İtaliyadakı erməni icması Azərbaycana münasibətdə, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv fikirləri olan italiyalı jurnalistlərin və ekspertlərin “qara siyahı”sını tərtib edib.

Xocalı soyqırımı haqqında erməni səfirinin cəfəng iddialarına cavab olaraq M.Əhmədzadə cari ilin martında bu qətliama dair Romada İtaliya İnsan Haqları ilə bağlı Helsinki Komitəsi və İtaliya İnsan Haqları Liqası tərəfindən təşkil olunmuş seminarda Ermənistanın məsələ ilə bağlı məsuliyyətinə dair İtaliyanın nüfuzlu tədqiqatçıları tərəfindən səsləndirilmiş sübutlara diqqət yetirməyi tövsiyə edib. “Aydındır ki, erməni səfiri Xocalı soyqırımı zamanı Ermənistan qoşunları tərəfindən törədilmiş cinayətləri ört-basdır etməyə cəhd göstərir. Çünki Xocalıdakı əməliyyatlara Ermənistanın hazırkı hökumətinin rəhbərləri başçılıq ediblər. Xocalıda körpələri qətlə yetirməsindən fəxrlə danışan bir prezidentin rəhbərlik etdiyi ölkəni təmsil edən səfirdən fərqli bir reaksiya gözləyə bilmərik”, - deyə azərbaycanlı diplomat vurğulayıb.

M.Əhmədzadə bildirib ki, erməni səfiri uzun-uzadı əsassız iddialar irəli sürməsinə baxmayaraq, Xocalıda baş verənlərin ölkəsi tərəfindən törədilmədiyini sübut edəcək arqumentlər tapmayıb və bu da Ermənistan qoşunlarının Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməsi faktını S.Qazaryanın bilavasitə qəbul etməsidir. Azərbaycan diplomatı qeyd edib ki, Xocalıda qətlə yetirilmiş 56 şəxsin cəsədinin zorakılığa və vəhşiliyə məruz qalması ermənilər tərəfindən bu hərəkətlərin yaxın məsafədən və bilərəkdən törədildiyini sübut edir. Mülki şəxslərin cəsədinin bu formada təhqir olunması Ermənistan səfirinin öz prezidentinin fikirlərinə istinadla vurğuladığı “güllə və raketlər mülki şəxslər və əsgərlər arasında fərq qoymur” fikri ilə ziddiyyət təşkil edir.

Ermənistanın sülhə nail olunmasına çalışdığına dair S.Qazaryanın fikrinə münasibətdə M.Əhmədzadə bildirib ki, əgər bu, belədirsə, nə səbəbdən Ermənistan beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapmış Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılması kimi dünya ictimaiyyətinin ondan tələb etdiyi ilk addımı belə atmaq istəmir. Erməni səfirinin “Azərbaycanın Dağlıq Qarabağın demokratik yolla seçilmiş hökuməti ilə danışıqlar aparmaqdan imtina etməsi” fikrinə cavab olaraq Azərbaycan diplomatı bu fikirləri vurğulayıb: “Demokratik yolla seçilmiş hökumət” əslində Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün Ermənistanın hərbi diktaturası tərəfindən ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış qeyri-qanuni separatçı rejimdir. Münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iki icma - azərbaycanlı və erməni icmaları yaşayırdı. Azərbaycanlı icma bölgədən tamamilə qovulub. Ermənistanın hərbi diktaturası azərbaycanlı icmanın Dağlıq Qarabağ bölgəsinə qayıtmasına mane olur, habelə bölgənin iki icması arasında etimadın qurulması üçün təmasların yaradılmasına imkan vermir”.

Azərbaycan diplomatı əlavə edib ki, erməni səfiri snayperlərin təmas xəttindən götürülməsi və atəşkəs rejiminin pozulması üzrə təhqiqatların aparılması üçün birgə mexanizmin hazırlanması barədə danışmaq əvəzinə, yaxşı olardı ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində nə etdiyini açıqlasın. M.Əhmədzadə diqqətə çatdırıb ki, əgər Ermənistan Azərbaycan ərazilərini işğal etməsəydi, təmas xəttində də heç bir insidentin araşdırılmasından belə söhbət getməzdi. İnsidentlər və onların monitorinqi Ermənistanın Azərbaycan ərazilərini uzun müddətdən bəri işğal etməsinin nəticəsidir.

Erməni səfirinin “Azərbaycanın başlatdığı və məğlub olduğu müharibə” fikrinə cavab olaraq M.Əhmədzadə müharibənin Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistan tərəfindən başladıldığını deyib. Bildirib ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib. Azərbaycan beynəlxalq səviyyədə tanınan tarixi torpaqlarında suverenliyini bərpa etmək üçün bütün vasitələrdən istifadə edəcək. “Məğlub olan tərəf Ermənistandır. Təcavüzkar siyasətin nəticəsi olaraq, Ermənistan əhalisinin 50 faizi çətin iqtisadi və sosial problemlər səbəbindən ölkəni tərk edib. Bu ölkə regionda rifah və inteqrasiyanın mənbəyi olan bütün strateji layihələrdən kənarda qalıb. Ermənistanın müstəqilliyi formal xarakter daşıyır və bu ölkənin yerinə qərarları başqaları verirlər. Ona görə də erməni səfiri kimin qalib, kimin isə məğlub tərəf olduğunu dərk etməlidir”, - deyə Azərbaycan diplomatı əlavə edib.

M.Əhmədzadə cavab yazısını bu fikirlərlə tamamlayıb: “Ermənistanda hakim rejim öz səhvlərini nə qədər tez başa düşərsə və qonşularına münasibətdə siyasətini dəyişərsə, bu ölkənin beynəlxalq birlik qarşısında imici və erməni xalqının rifahı da bir o qədər tez düzələr”.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb