Azərbaycanın mobil rabitə operatorları nömrələrin köçürülməsi xidmətinin tətbiqinə hazırdır
Bakı, 20 avqust (AZƏRTAC). Azərbaycanın mobil rabitə operatorları - “Bakcell”, “Azərcell Telekom” və “Azerfon” MMC-lər nömrələrin köçürülməsi xidmətinin (MNP - Mobile Number Portability) tətbiqinə hazırdır. MNP xidməti Azərbaycanın üç mobil rabitə operatoru tərəfindən eyni vaxtda işə salınmalıdır. Bu xidmətin tətbiqi üçün hüquqi bazanın olması və operatorların texniki hazırlığı lazımdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, MNP xidmətinin tətbiqi üçün qaydalar hazırlanmış, hüquqi bazanın formalaşdırılması üçün müvafiq işlər görülmüşdür. Qaydalarda bu xidmətin tətbiq edildiyi ölkələrin təcrübəsi əksini tapmışdır. Həmin xidmətin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər.
Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. MNP xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə telefon nömrələrini saxlamaq imkanı verəcəkdir. Bu, onları yaxınlarını və işgüzar tərəfdaşlarını nömrələrinin dəyişilməsi barədə məlumatlandırmaqdan azad edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Kosmik hava proqnozu açıqlanıb
- [14:42]
Bu saata olan əsas xəbərlər
- [12:00]
WUF13-ün ikinci günü – FOTOLAR
- [11:41]