AZƏRBAYCANIN MOSKVADAKI SƏFİRLİYİ RUSİYA XİN-Ə NOTA GÖNDƏRMİŞDİR
Azərbaycanın Rusiyadakı səfirliyi buna dərhal reaksiya vermiş və RF XİN-ə nota göndərmişdir. Notada deyilir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulduğunu əks edirən informasiyanın dərc edilməsi yolverilməzdir”.
Notada bildirilir ki, səfirlik Rusiyanın Xarici İşlər Nazirliyindən “İnter RAO YES”in diqqətini buraxılmış səhv və təhriflərin düzəldilməsinin zəruriliyinə və onların gələcəkdə təkrar olunmasının yolverilməzliyinə yönəltməyi xahiş edir. Səfirlik “İnter RAO YES”də işləyən ekspert və mütəxəssislərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi - nizama salınması ilə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiya Federasiyasının da məşğul olduğu münaqişə barədə düzgün təsəvvürün formalaşması üçün notada şərh olunan informasiyanın bu şirkətə göndərilməsini də xahiş edir.