AZƏRBAYCANIN MÖVCUD QANUNVERİCİLİK BAZASI SEÇKİLƏRİ ƏDALƏTLİ, DEMOKRATİK KEÇİRMƏYƏ TAM ƏSAS VERİR
Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AZƏRTAC-a bildirmişdir ki, Seçki Məcəlləsi ilə bağlı məsləhətləşmələr bundan sonra da, növbəti seçkilər zamanı davam etdirilə bilər.
Əli Həsənov qeyd etmişdir ki, Venesiya Komissiyasının və Avropa Şurasının bəzi üzvləri Seçki Məcəlləsinə Azərbaycandan olan bəzi siyasi qüvvələrin təsiri ilə qiymət verirlər.
Azərbaycan iqtidarının seçkilərin ədalətli keçməsini istədiyini qeyd edən Əli Həsənov bildirmişdir ki, artıq ölkədə prezident seçkilərinə hazırlıq işlərinə başlanmalıdır. MSK və seçki institutları işə başlamalıdır. Mövcud şəraitdə mövcud qanunvericilik bazası seçkiləri ədalətli və demokratik keçirməyə tam əsas verir.
######
