AZƏRBAYCANIN PAKİSTANDAKI SƏFİRLİYİNDƏ FACİƏNİN İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin on beşinci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilən tədbirdə Pakistanın rəsmi dairələrinin, buradakı diplomatik korpusun nümayəndələri, Pakistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, ölkədə yaşayan Azərbaycan vətəndaşları, tələbələr və səfirliyin əməkdaşları iştirak etmişlər.
Mərasimdə qanlı 20 Yanvar hadisələrinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən ermənipərəst şəxslərin Azərbaycan xalqına qarşı yeritdiyi məkrli siyasət, xalqımızın düçar olduğu faciənin ağır nəticələri barədə məlumat verilmiş, o müdhiş günlərdə xalqımızın qəhrəmanlıq və şücaətindən, nümayiş etdirdiyi birlikdən danışılmışdır.
Tədbir iştirakçıları 20 Yanvar faciəsini əks etdirən sərgi ilə tanış olmuş, Azərbaycan televiziyası ilə Şəhidlər xiyabanından yayımlanan matəm mərasimini izləmiş, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, dinc əhaliyə qarşı qanlı faciəni törədənlərin əməllərini pisləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]