Azərbaycanın pasport mövqeyi beynəlxalq reytinqdə yüksəlib
Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan “Henley & Partners” beynəlxalq konsaltinq şirkəti tərəfindən açıqlanan 2026-cı il üçün yenilənmiş Pasport Reytinqində mövqeyini yaxşılaşdıraraq 3 pillə irəliləyib və 67-ci yerə yüksəlib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, reytinqin nəticələrinə əsasən, Azərbaycan Respublikası vətəndaşları 70 ölkəyə vizasız, gəlişdə viza və ya elektron viza vasitəsilə səfər etmək imkanına malikdirlər.
Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində yaradılmış “Beynəlxalq sazişlər üzrə” İşçi qrupunun fəaliyyəti çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş rejimlərinin genişləndirilməsi, beynəlxalq sazişlərin sayının artırılması və institusional islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq pasport reytinqlərində mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [19:17]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [18:17]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:25]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 03.10.2026 [15:02]