Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ərəb dünyası ilə əlaqələrin möhkəmlənməsinə töhfə verib

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ərəb dünyası ilə əlaqələrin möhkəmlənməsinə töhfə verib

Qahirə, 11 mart, AZƏRTAC

Hazırda beynəlxalq aləmdə böyük nüfuza sahib olan Azərbaycan Prezidenti İlham Əliyevin sədrik etdiyi Qoşulmama Hərəkatının ərəb dünyasında siyasi proseslərə böyük təsiri olub. Misir Ərəb Respublikasının ikinci Prezidenti Camal Əbdel Nasirin də təsisçilərindən biri olduğu bu mötəbər beynəlxalq təşkilat Şimali Afrikadan Yaxın Şərqə qədər bütün regionda radikal siyasətin arxa plana keçməsinə, yeni yaranan müstəqil ərəb dövlətlərinin bəşəri dəyərlər fonunda öz suverenliyini və varlığını davam etdirməsinə şərait yaratdı.

1956-cı il iyulun 19-da keçmiş Yuqoslaviyanın Brijuni adalarında imzalanan Bəyannamə ilə bir təşkilat kimi formalaşan və 1961-ci ildə liderlər səviyyəsində ilk konfransı keçirilən Qoşulmama Hərəkatının 120 üzvündən 19-u ərəb ölkəsidir. Belqradda təşkil edilən konfransın hazırlıq iclasları isə həmin ilin iyununda Qahirədə təşkil olunub. 1952-ci ildə Misirdə Camal Əbdel Nasirin rəhbərliyi ilə başlayan inqilabdan sonra, habelə həmin ildə Suriya sosialistləri tərəfindən elan edilən neytral siyasət xətti tez bir zamanda bütün ərəb dünyasına yayıldı. Məğribdən İraqa qədər olan ərazidə yaşayan bütün xalqlar Qərbin müstəmləkəsindən qurtulmağa, eyni zamanda, yeni boyunduruq altına düşməmək üçün xüsusilə “soyuq müharibə” dövründə iki nəhəng blokdan (NATO və Varşava müqaviləsi təşkilatı) uzaq durmağa çalışırdılar.

Amerika Siyasi və Sosial Elmlər Akademiyasının professoru Don Peretzin “Qoşulmama Hərəkatı və ərəb dövlətləri” kitabında qeyd edilir ki, həmin dövrdə gənc ərəb dövlətlərinin daha çox sovet blokuna meyil etməsinin də əsas səbəbi Qərbin əsarətindən qurtulmaq idi. Beləliklə, bu təşkilat ard-arda Qoşulmama Hərəkatına üzv olan yeni ərəb dövlətləri üçün ümid yerinə çevrilib.

Ötən əsrin 50-60-cı illəri tarixdə bütün dünyada, o cümlədən Yaxın Şərq və Afrika ölkələrində müstəmləkəçiliyin iflası dövrü kimi qalıb. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatının da təsisçiləri Misir, Hindistan, Qana və İndoneziya liderləri olublar. Ərəb politoloqu Fariz Səyiq bununla bağlı tədqiqat əsərində qeyd edir ki, Qoşulmama Hərəkatının ilk illərində bu təşkilat “pozitiv neytrallıq” (ərəbcə “hicad əl-icabi” adlanırdı və onun ərəb dünyasında sürətlə yayılmasının əsas səbəbi “soyuq müharibə” iştirakçısı olan güclü dövlətlərin antaqonizmindən uzaq olmaq, onların siyasi-hərbi təsirini azaltmaq, həmçinin Qərbin və sovet blokunun ideoloji konsepsiyalarının yayılmasının qarşısını almaq olub.

Bütün bunlarla yanaşı, yeni yaranan ərəb dövlətləri üçün neytral mövqe tutmaq və müstəqil siyasət yürütmək heç də asan olmadı, bəziləri isə bu gün də Qərb ölkələrinin təsiri altındadır. “Soyuq müharibə” dövründə də iki rəqib, bəzən isə düşmənçilik həddinə çatan güclərin Yaxın Şərq və Afrikada güclü təzyiqi davam edib. Hələ İkinci Dünya müharibəsindən əvvəl və ondan sonrakı illərdə ərəb ölkələrinin bir çoxu Böyük Britaniyanın, Əlcəzair, Mərakeş və Tunis isə Fransanın nəzarəti altında olub. Fransızlar, həmçinin Suriya və Livanda mövqelərini möhkəmləndirməyə çalışıblar. Yeni hərəkat məhz bu təsiri azaltmaq istiqamətində mühüm rıçaq rolunu oynayıb.

2009-cu ildə Qoşulmama Hərəkatının Qahirədə keçirilən sammitində təşkilatın modernləşməsi, qlobal siyasi proseslərdə daha fəal mövqe nümayiş etdirməsi barədə qəbul edilən qərar əlamətdar hadisə oldu. Ərəb dövlətlərinin bu hərəkata münasibəti də yeni müsbət mərhələyə qədəm qoydu. 2011-ci ildə hərəkata üzv olan Azərbaycan isə bu təşkilatın fəaliyyətini indiyədək görünməmiş zirvəyə yüksəltdi. Qoşulmama Hərəkatının 2019-cu ilin oktyabrında Bakıda keçirilən XVIII Zirvə Görüşü isə təşkilatda keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Ərəb dövlətlərinin liderləri Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi dövründə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər. Zirvə Görüşündən əvvəl bəyanatla çıxış edən Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Abul Ğeyt ölkəmizin təşkilata sədrliyinin beynəlxalq sülhə və təhlükəsizliyə, həmçinin neytral siyasət yürüdən dövlətlərin daha sıx əməkdaşlığına töhfəsini xüsusi olaraq vurğulayıb. Zirvə Görüşündə çıxış edən ərəb dövlətlərinin liderləri - Oman Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munziri, Liviyanın Baş Naziri Faiz Sarac ərəb dünyasında mövcud problemlərin həllində Qoşulmama Hərəkatının kifayət qədər güclü mövqelərə malik olduğunu deyərək 60 il bundan qabaq qəbul olunan Bandunq prinsiplərinin bu gün də aktual olması fikrində həmrəylik nümayiş etdiriblər.

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən il mayın 4-də videokonfrans vasitəsilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü ölkəmizin beynəlxalq arenada, ö cümlədən ərəb dünyasında nüfuzunu daha da artırdı. Bu mötəbər tədbirdə çıxış edən Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat, Misir Prezidenti Əbdülfəttah əl-Sisi, Əlcəzair Prezidenti Əbdülməcid Tebbun, Fələstin Prezidenti Mahmud Abbas, Efiopiyanın Baş naziri Abiy Əhməd, habelə Küveyt, Mərakeş və İordaniyanın xarici işlər nazirləri Azərbaycanın hərəkata sədrliyi dövründə pandemiya ilə mübarizəyə verdiyi töhfəni alqışlayıblar.

Azərbaycanın uğurlu xarici siyasətinin prioritet istiqamətlərindən biri olan Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyət ərəb dövlətlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinə daha çox dəstək əldə edilməsi işinə öz töhfəsini verib. Təsadüfi deyildir ki, hərəkatın qəbul etdiyi yekun sənədlərdə, həmçinin İslam Əməkdaşlıq Təşkilatının bəyanatlarında münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinin vacibliyi birmənalı şəkildə ifadə olunub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM