AZƏRBAYCANIN RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRİ STRASBURQA GETMİŞDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 3-4-də Strasburqda Avropa Şurasının İnformasiya Cəmiyyətində İnsan Hüquqları üzrə Xüsusi Komitəsinin iclası keçiriləcəkdir. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov komitənin dəvəti ilə iclasda iştirak etmək üçün Strasburqa getmişdir.
AŞ-ın xüsusi Komitəsi bu ilin may ayında Avropa Şurasına üzv dövlət və hökumət başçılarının informasiya cəmiyyətinin inkişafına həsr olunmuş zirvə toplantısı keçirəcəkdir. Tədbirdə bu ilin noyabrında olacaq Tunis Sammiti üçün bəyannamə hazırlanacaqdır.
Nazir bəyannamənin hazırlanmasında iştirak edəcək və “Keçid dövrünü yaşayan ölkələrdə elektron hökumət insan hüquqlarında bir vasitə kimi” mövzusunda məruzə edəcəkdir. Toplantıda həmçinin, Azərbaycanda bu sahədə aparılan işlər və əldə olunan uğurlar barədə məlumat da dinləniləcəkdir.
Səfər zamanı Əli Abbasovun Avropa Şurasının bir sıra rəsmiləri ilə görüşü də nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]