Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın səfiri Fransanın “Lö Jurnal dü Parlöman” jurnalına müsahibə verib

Paris, 9 noyabr, AZƏRTAC

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin bu ölkənin “Lö Jurnal dü Parlöman” jurnalında müsahibəsi dərc olunub. Müsahibədə səfir ölkəmizlə bağlı sualları ətraflı cavablandırıb. AZƏRTAC müsahibənin tam mətnini təqdim edir.

- Etimadnamənizi Fransa Prezidenti Emmanuel Makrona təqdim etməyinizdən qısa müddət keçir. Yeni təyinatınızı necə təsəvvür edirsiniz və Fransanı necə görürsünüz?

- Azərbaycanı Fransada təmsil etmək mənim üçün böyük şərəf və eyni zamanda, böyük məsuliyyətdir. Hər iki ölkə bir-birinin prioritetləri siyahısında çox vacib yer tutur. İki tərəf əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir. Bu da biz diplomatların üzərinə böyük məsuliyyət qoyur.

Fransa mənim üçün yeni ölkədir, ancaq bir çox cəhətdən lap yaxın və aydındır. Ölkələrimiz ərazisinə və beynəlxalq aləmdə siyasi və iqtisadi rollarına görə fərqli olsalar da, onlar arasında bir çox oxşar xarakterlər də var. Azərbaycan və fransız kimliyi müxtəlifliyə, tolerantlığa, ənənə və müasirliyin sintezi kimi dəyərlərə əsaslanır. Cəmiyyətlərimiz çoxmədəniyyətlidir, mədəniyyətlər və dinlərarası fəaliyyətlərə, ideya və məlumat mübadiləsinə açıqdır. Bütün bunlar elm, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinə münbit mühit və imkanlar yaradır.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət necədir?

- Təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət çox da optimist deyil. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə, digər aparıcı beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına baxmayaraq, Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq hüququn normalarının pozulması regional təhlükəsizlik və sabitlik, eləcə də dövlətlərin parçalanması üçün təhlükə presedenti yaradır. Bu gün onun əlamətlərini nəinki Orta Şərqdə, həm də Avropada görürük.

- Beynəlxalq ictimaiyyətdən, xüsusilə də Minsk qrupunun fəaliyyətindən gözləntiləriniz hansılardır?

- Gözləyirik ki, ATƏT-in Minsk qrupu münaqişənin nizamlanması prinsiplərinin açıq qeyd olunduğu BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasına nail olsun. Bunlar aşağıdakılardır:

- Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə riayət edilməsi;

- Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması;

- Azərbaycanın işğal olunmuş ərazilərindən zorla qovulmuş əhalinin doğma yurdlarına qaytarılması;

- Azərbaycan və erməni icmalarının təhlükəsizliyi və inkişafı ilə bağlı bərabər hüquqlarını təmin etməklə Azərbaycan Respublikasının sərhədləri çərçivəsində Dağlıq Qarabağ regionunun statusunun təyin olunması.

Bu prinsiplər mövqeyimizin əsasını təşkil edir. Azərbaycanın ərazi bütövlüyü nə kompromis, nə də müzakirə obyekti olmayıb və olmayacaq. Azərbaycan öz ərazisində sülh şəraitində yaşamaq istəyir.

- Ermənistan tərəfi Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsində və hətta ayrılmasında təkid edir. Sizin bununla bağlı mövqeyiniz nədən ibarətdir?

- Xalqların öz müqəddəratını həll etməsi məsələsi hətta Avropada da aktualdır. Ancaq unutmamalıyıq ki, hər şeyin zorla qərarlaşdırıldığı cəngəllikdə yox, norma və qaydalar əsasında işləyən dünyada yaşayırıq.

Birincisi, beynəlxalq hüquq bu prinsipdən milli birliyi və suveren dövlətin ərazi bütövlüyünü pozmaq məqsədilə istifadə olunmasına icazə vermir. 1970-ci il oktyabrın 24-də BMT Baş Assambleyasının 25-ci sessiyasında qəbul edilmiş 2625 saylı qətnamədə xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı qeyd olunub: “Suveren və müstəqil dövlətin milli birliyi və ərazi bütövlüyünün qismən və ya tam pozulmasına yönəlmiş istənilən fəaliyyətə icazə verilməməli və ya bu, təşviq edilməməlidir...”.

İkincisi, bu prinsipin həyata keçirilməsi deportasiya və etnik təmizləmə ilə uyğun gəlmir. Qeyd edək ki, erməni rəhbərlər bu prinsipdən 1987-1988-ci illərdə Ermənistanda öz dədə-baba yurdunda yaşayan 250 min azərbaycanlının qovulmasından sonra danışmağa başlayıblar. Bundan sonra 1992-1993-cü illərdə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan 45 min azərbaycanlını və ya əhalinin 24 faizini, ona qonşu 7 rayondan isə 700 min soydaşımızı öz doğma evlərindən didərgin salıblar. Onda bəs bu bir milyon əhalinin öz müqəddəratını təyinetmə hüququnu necə təmin edək? Buna görə də hesab edirəm ki, xalqların öz müqəddəratını təyinetmə hüququ Ermənistanı çox az maraqlandırır. Öz müqəddəratını təyinetmə hüququ erməni təcavüzünü və Azərbaycan torpaqlarının işğalını ört-basdır etmək üçün istifadə olunur.

Üçüncüsü, Ermənistan xalqı 1991-ci ildə öz müqəddəratını həll etmək hüququnu reallaşdırıb və dövlətini yaradıb. Bu gün həmin dövlətdə yalnız ermənilər yaşayırlar. Beləliklə, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması üçün heç bir tarixi, mədəni, siyasi, hüquqi əsas yoxdur. Bu gün İranda 20 milyondan, Gürcüstanda 200 mindən, Rusiyada 1 milyondan və Türkiyədə 2 milyondan çox azərbaycanlı yaşayır. Bu o deməkdir ki, biz “Böyük Azərbaycan” yaradılmasını tələb etməliyik və həmin azərbaycanlılar “xalqların öz müqəddəratını təyinetmə hüququ”nu tələb etməklə yaşadıqları ölkələrin sərhədlərini yenidən formalaşdırmağa tələb etməlidirlərmi?

- Bu gün qaçqın və məcburi köçkünlərlə bağlı hansı işlər görülür?

- Qaçqınların və məcburi köçkünlərin vəziyyəti bütün cəmiyyətlər üçün ciddi problemdir. Bu, ölkəmizin iqtisadiyyatı üçün ağır yükdür. Söhbət qonşu dövlətin təcavüzü nəticəsində bir milyondan çox həmvətənimizin - ölkə əhalisinin 10 faizinin hər şeydən məhrum olmasından, qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən gedir. 2001-2017-ci illər ərzində Azərbaycan hökuməti bu qəbildən olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 100-dək yeni qəsəbə salıb və 250 min insan evlə təmin olunub. Həmin qəsəbələrdə normal həyat şəraiti üçün bütün lazımi infrastruktur yaradılıb. Qeyd edək ki, Azərbaycan bu ciddi problemin öhdəsindən təkbaşına gəlib. 1993-2017-ci illər ərzində dövlət bu məqsədlər üçün 5 milyard dollar vəsait xərcləyib.

Bununla belə, biz həyata keçirilmiş bu humanitar tədbirləri müvəqqəti hesab edirik. Bizim rəsmi mövqeyimiz işğal altındakı torpaqlarımızı azad etməkdən və qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarından ibarətdir.

- AŞPA parlamentariləri Azərbaycanda insan hüquqlarının vəziyyəti və məhkəmələrin fəaliyyəti ilə bağlı narahatlıqlarını ifadə ediblər. Ölkəniz bu istiqamətdə hansı səyləri göstərir?

- Biz bütün tənqidlərə açığıq, təbii ki, əgər onlar konstruktivdirsə və qarşılıqlı hörmətə, dialoqa və əməkdaşlığa əsaslanırsa. Amma ölkəmizə qarşı dezinformasiya və qarayaxma kampaniyalarının əleyhinəyik. 2017-ci il oktyabrın 20-də məhkəmə-hüquq sistemində cəza siyasətinin humanistləşdirilməsi və bəzi cinayət əməllərinin dekriminalladırılması ilə bağlı Azərbaycan Cinayət Məcəlləsində dəyişikliklər Milli Məclisdə səsə qoyulub və qəbul edilib.

Bu dəyişikliklər AŞPA-da da müsbət qiymətləndirilib. Çünki qəbul olan dəyişikliklər məhkəmə sistemimizi Avropa normalarına uyğunlaşdırır. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

- Ümumi daxili məhsulda daha az artımın əldə olunduğu çətin 2016-cı ildən sonra hazırda ölkənizdə iqtisadiyyatın vəziyyət necədir?

- Bu il ümumi daxili məhsulda artım müşahidə olunub. 2017-ci ilin doqquz ayı ərzində qeyri-neft sektorunda 2,5 faiz, qeyri-neft sənayesində isə 3,1 faiz artım qeydə alınıb. Bu müddət ərzində dövlət büdcəsi 19 faiz, xarici ticarət 7 faiz artıb, valyuta ehtiyatlarımız isə 42 milyard dollara çatıb.

Bundan əlavə, infrastruktur layihələri uğurla həyata keçirilib. Fransız şirkətləri bəzi layihələrdə müvəffəqiyyətlə iştirak edirlər. Fransa parlamentarilərinin və iş adamlarının diqqətini Azərbaycanda ümumi daxili məhsulun 62 faizini təşkil edən qeyri-neft iqtisadiyyatına yönəltmək istərdim. Bu gün biz fransız müəssisələrinin yaxşı təcrübəyə və ekspertlərə malik olduğu sektorları inkişaf etdiririk. Bu, Fransa ilə ticarət əməkdaşlığı, iqtisadi mübadilə və sərmayə yatırımı sahəsində əlaqələri inkişaf etdirmək üçün çox yaxşı əsasdır.

- Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əlaqələrin vəziyyəti necədir?

- Avropa İttifaqı Azərbaycanın xarici siyasətinin balanslaşdırılmış strategiyasının ən vacib elementidir. Təbii ki, Avropa yönümlü istiqamətimiz konkret və qarşılıqlı bəhrəyə əsaslanır. Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Azərbaycan Avropa-Asiya, eləcə də Avropa ilə müsəlman dünyası arasında körpü rolunu oynayır.

- Ölkənizin müstəqilliyininin bərpasından 25 il sonra Fransa-Azərbaycan münasibətləri hansı səviyyədədir?

- Ölkələrimiz regional və beynəlxalq gündəlikdə olan terrorizmə qarşı mübarizə, dini ekstremizm, davamlı inkişaf və mədəniyyətlərarası dialoq kimi məsələlərdə tərəfdaş və müttəfiqdir. Parisdə Azərbaycanın hərtərəfli müstəqil siyasəti, onun Rusiya, Avropa, ABŞ, Türkiyə, İran, İsrail və ərəb dünyası ölkələri ilə sıx və balanslaşdırılmış münasibətləri yüksək qiymətləndirilir. İqtisadiyyat, mədəniyyət və təhsil sahələrində ölkələrimiz geniş tərəfdaşlıq əlaqələrinə malikdirlər və çoxsaylı layihələr həyata keçirirlər. Azərbaycan Fransanın regionda əsas və birinci tərəfdaşıdır. 2015-2017-ci illərdə 800-dən çox fransız şirkəti öz məhsullarını Azərbaycana ixrac edib. Bundan əlavə, Bakıda Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyətə başlayıb.

- Azərbaycanın hansı xüsusiyyətlərinin daha çox önə çəkilməli olduğunu düşünürsünüz?

- Müxtəliflik, mədəniyyətlər və dinlərarası dialoq, eləcə də tolerantlıq sahələrində Azərbaycan özünün xüsusi modelini yaradıb. Xarici təcavüzə və işğala məruz qalan, çox gərgin regionda yerləşən ölkəmizdə nə terrorizmin, nə də zorakı ekstremizmin təzahürlərini görmək olar.

Ölkəmiz qonşu regionlar arasında mədəniyyət və iqtisadi əməkdaşlıq sahəsində əsl körpü yaradaraq, konstruktiv siyasət aparmaqda davam edir. Hesab edirəm ki, bu model Avropanın, xüsusilə də Fransanın hörmət və dəstəyinə layiqdir.

- “Lö Jurnal dü Parlöman” vasitəsilə Fransa siyasətçilərinə hansı ismarıcı ünvanlamaq istərdiniz?

- 2018-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi olacaq. Bu, müsəlman dünyasında ilk dünyəvi və demokratik respublikadır. Onun parlamentində təkcə siyasi partiyalar deyil, eləcə də bütün milli azlıqların nümayəndələri təmsil olunublar. 1919-cu ilin iyulunda bu respublika müsəlman Şərqində ilk dəfə və bir çox Avropa ölkələrindən xeyli əvvəl qadınlara səsvermə hüququ verib.

Birinci respublika fransız liberal ideyalarından ilhamlanıb və onun beynəlxalq səviyyədə tanınması da elə ilk olaraq Fransadan gəlib. Onun ilk prezidenti Parisdə dəfn edilib.

Bu respublika və bu tarix ölkələrimizi çox sıx tellərlə bir-birinə bağlayır. İstərdim ki, bu 100 illik ikitərəfli münasibətlərimizin inkişafında yeni nailiyyətlərlə qeyd olunsun və Fransa Milli Assambleyasının parlamentarilərini bu prosesə qoşulmağa səsləyirəm.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib