AZƏRBAYCANIN SƏHİYYƏ NAZİRİ DÜNYA SƏHİYYƏ TƏŞKİLATI İCRAİYYƏ KOMİTƏSİNİN VİTSE-PREZİDENTİ SEÇİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin Cenevrədə başa çatmış 118-ci iclasında DST-nin Avropa regional bürosunun, Lüksemburq, Portuqaliya nümayəndələrinin təklifi ilə və DST İcraiyyə Komitəsi üzvlərinin səsverməsinin nəticələrinə görə, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev DST İcraiyyə Komitəsinin vitse-prezidenti seçilmişdir. Sessiyada Azərbaycan ilə DST arasında əməkdaşlıq haqqında ikiillik saziş də bağlanmışdır. Sənədi nazir Oqtay Şirəliyev və DST Avropa regional bürosunun direktoru Mark Danzon imzalamışlar.
Oqtay Şirəliyev İcraiyyə Komitəsinin iclasında və Dünya Səhiyyə Assambleyasının 59-cu sessiyasında çıxış etmişdir. O, çıxışlarında Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlardan danışmış, habelə DST-nin müxtəlif beynəlxalq münaqişələrin qurbanlarına tibbi yardım göstərməsi təklifini irəli sürmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]