Azərbaycanın səhiyyə sahəsində mütərəqqi texnologiyaların və süni intellektin tətbiqi müzakirə edilib
Bakı, 21 may, AZƏRTAC
Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası keçirilir.
AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, Səhiyyə Assambleyasının sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə tibbi və rəqəmsal texnologiyaların inkişafı sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Siemens Healthineers”nin rəhbərliyi arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, səhiyyə sahəsində mütərəqqi texnologiyaların, süni intellektin və innovativ nailiyyətlərin Azərbaycan təcrübəsində də tətbiqi mexanizmlərinin imkanları və bu sahənin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.