Azərbaycanın təhsil müəssisələrində 20 Yanvara həsr olunmuş tədbirlər keçirilib
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da ölkəmizin ümumi təhsil məktəblərində ilk dərslər 20 Yanvara həsr olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na uyğun olaraq məktəblərdə 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər də keçirilib. Tədbirlərdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və respublikamızın digər şəhər və rayonlarında törətdikləri qanlı cinayətlərdən bəhs edilib. Vurğulanıb ki, 20 Yanvar heç zaman qan yaddaşımızdan silinməyəcək, xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim uca tutulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]