Azərbaycanın turizm imkanları Berlində nümayiş olunur
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə martın 5-7-də dünyanın aparıcı turizm sərgilərindən olan “ITB Berlin”də təqdim edilir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, milli stenddə Azərbaycanı “Azərbaycan Hava Yolları” QSC, hotel və turizm şirkətləri daxil olmaqla, ümumilikdə, 14 sənaye tərəfdaşı təmsil edir.
Sərgi çərçivəsində digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə “B2B” formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir. Həmçinin ziyarətçilərə Azərbaycanın tarixi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş mədəni obyektləri, milli mətbəxi, “Slow Food”, “Slow Wine” təcrübələri və digər turizm imkanları barədə ətraflı məlumat verilir.
Sərgidə VR (Virtual Reallıq) eynəyi vasitəsilə Azərbaycanın turizm imkanlarını əks etdirən görüntülər nümayiş olunur.
Milli stendimizi Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvili, Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru Culiya Simpson da ziyarət ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [13:05]
Qarabağ atları Avropada yenidən diqqət mərkəzində
- 17.05.2026 [09:33]
Realist ədəbiyyatımızın görkəmli nümayəndəsi – Əbdürrəhim bəy Haqverdiyev
- 16.05.2026 [23:30]
Bakıda iki qardaş ölkənin dostluq gecəsi
- 16.05.2026 [22:32]
“Azərbaycanım” festivalı çərçivəsində müsabiqəyə 1200-dək əsər təqdim edilib
- 16.05.2026 [21:01]
WUF13 ərəfəsində “Şəhərin səsi” adlı xüsusi mədəni proqram təqdim olunub
- 16.05.2026 [20:39]
Daşkənddə türk xalqlarının çay mədəniyyətinə həsr olunmuş festival keçirilib
- 16.05.2026 [15:06]