Azərbaycanın U-17 millisi seçmə mərhələdə mübarizəyə başlayır
Bakı, 21 oktyabr, AZƏRTAC
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.
AZƏRTAC xəbər verir ki, dördüncü qrupda yer alan yığma ilk sınağında Serbiya seçməsi ilə qarşılaşacaq. Stara Pazova şəhərindəki idman mərkəzinin stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qarşılaşmanın baş hakimi finlandiyalı Yoni Hütiya olacaq. Ona həmyerlisi Yuuso Mantere və ukraynalı Aleksandr Berkut kömək edəcək. Dördüncü hakim funksiyasını isə Ukraynadan olan digər ədalət təmsilçisi Aleksey Derevinski yerinə yetirəcək.
Qeyd edək ki, qrupun digər oyununda Lüksemburq yığması Sloveniya ilə üz-üzə gələcək. Azərbaycan millisi qrupda növbəti matçlarını oktyabrın 24-də Sloveniyaya, 27-də isə Lüksemburqa qarşı keçirəcək.
Dördüncü qrupun qarşılaşmalarına Serbiya ev sahibliyi edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]