AZƏRBAYCANIN “U-19” KOMANDASININ HEYƏTİ AÇIQLANMIŞDIR
Baş məşqçi Arif Əsədov bu oyunlara hazırlıqla əlaqədar avqustun sonlarında təlim-məşq toplanışına başlayacaq Azərbaycan yığmasının
heyətini açıqlamışdır. Komandaya qapıçılar Vaqif Şirinbəyov, Anar Səlimov, müdafiəçilər Nodar Məmmədov, Timur İsrafilov, Fərid Həşimzadə, Vurğun Hüseynov, Tural Nərimanov, Maksim Medvedyev, Fuad Cəfərov, yarımmüdafiəçilər Elvin Məmmədov, Pərvin Paşayev, Taqim Novruzov, İsabala İsrafilov, Dmitri Kutepov, Denis Radionov, Elvin Qafarov, hücumçular Cavid Hüseynov, Nizami Hacıyev, Rahid Əmirquliyev və Bəxtiyar Soltanov daxildirlər.
Komanda yoldaşlıq görüşləri ərəfəsində Tovuzun “Turan” klubu ilə oyunda da gücünü sınamağı planlaşdırır.
Xatırladaq ki, yoldaşlıq görüşlərindən əsas məqsəd oktyabrın 27-dən noyabrın 1-dək Kiprdə keçiriləcək Avropa çempionatının seçmə qrup oyunlarına hazırlaşmaqdır. Azərbaycan komandası bu mərhələdə Kipr, Macarıstan və Ermənistan yığmaları ilə qarşılaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]