Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın üç sahibkarı Monakoda “İlin İş Adamı” müsabiqəsinin final mərhələsinə qatılıb

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycandan üç sahibkar bu yaxınlarda Monakoya səfər edərək əvvəllər “Ernst&Young” adlanan EY beynəlxalq audit və konsaltinq şirkəti tərəfindən hər il keçirilən mötəbər beynəlxalq “İlin İş Adamı” müsabiqəsinin final mərhələsində ölkəmizi təmsil ediblər.

EY şirkətinin Azərbaycanda İlin İş Adamı proqramının rəhbəri Nərmin Quliyeva bu müsabiqənin mahiyyəti və missiyası haqqında AZƏRTAC-a danışıb.

O bildirib ki, sahibkarların “xüsusi gen”ə malik olması fikrinə getdikcə daha çox inanmağa başlayır. Bu gen çoxlarının yalnız xəyal etdiklərinə nail olmağa kömək edir, düşüncələri əmələ, ideyaları nəticələrə çevirən daxili qüvvəni hərəkətə gətirir. Bəlkə də, insanların hər şeyi bilmək istəyi genetik səviyyədə müəyyən olunub. Öyrənmək, cəhd göstərmək, sınamaq həvəsi onları daima irəli aparır və olduqca iddialı edir. EY-də belə iş adamlarına “unstoppable” deyilir. Bu anlayışı yorulmaq bilməyən, məqsədinə çatmaqdan ötrü bütün maneələri dəf edən kimi izah etmək olar.

“İnanıram ki, birinin maneə və problem gördüyü yerdə başqasının imkan görməsinə səbəb məhz sahibkarlıq ruhudur. İddialı iş adamları səhv etməkdən, vaxt və ya pul itirməkdən qorxmurlar - əksinə, əvvəl heç kimin etmədiyi bir hərəkəti etmək şansından faydalanmağa çalışırlar. Bu nə qədər bayağı səslənsə də, həmin o “xüsusi gen” daşıyıcılarını digər insanlardan fərqləndirən başlıca cəhət elə bu xüsusiyyətdir. Dünyanın daha mükəmməl məkana çevrilməsində sahibkarların vacib rolunu aydın görən EY İlin İş Adamı adlı proqramı təsis edib və artıq neçə ildir ki, həyata keçirir. Ən mötəbər beynəlxalq müsabiqələrdən biri olan bu proqramda seçim meyarlarına cavab verən bütün biznes nümayəndələri iştirak edə bilərlər. Proqram 35 ildən çoxdur ki, təsis olunub və dünyanın 60-dan çox ölkəsində keçirilir. Ölkəmizdə isə müsabiqə ilk dəfə 2019-cu ildə elan edilib. Müsabiqənin unikallığı onun yüksək beynəlxalq standartlara uyğun təşkili və qüsursuz nüfuza malik olmasıdır. Müsabiqənin qalibləri biznes icmasının tanınmış nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti tərəfindən müəyyənləşdirilir. EY-ın əməkdaşları isə seçimdə iştirak etmir. Müsabiqə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və ABB sponsor dəstəyi ilə həyata keçirilir.

Tədbirin məqsədindən danışan N.Quliyeva qeyd edib ki, EY tərəfindən təsis olunmuş və hər il təşkil edilən müsabiqə nümunə olacaq uğurlu rol modellərin axtarışına və işgüzar fəallığın artmasına təkan verərək sahibkarlıq ideyasını təbliğ edir. Bu proqram müsabiqə iştirakçılarının tanıdılmasına - Azərbaycanda isə bu, kiçik və orta sahibkarlardır və biznesin ən nüfuzlu nümayəndələri, sözünü demiş şirkətləri sırasında öz yerini tutmağa kömək edir. Bundan əlavə, müsabiqənin milli mərhələsinin qalibləri proqramın beynəlxalq mərhələsində ölkələrini təmsil etmək hüququnu qazanırlar. Onlar “Dünya üzrə İlin İş Adamı” titulu uğrunda mübarizə aparmaq üçün Monakoda toplaşırlar.

Daha bir fərqləndirici xüsusiyyət də odur ki, EY İlin İş Adamı iştirakçılara münsiflər heyətinin üzvləri ilə görüşlər keçirmək fürsəti verən yeganə müsabiqədir. Bu görüşlər zamanı iştirakçılar təcrübəli və uğur qazanmış top-menecerlər və biznes nümayəndələri ilə effektiv ünsiyyət qurmaq, faydalı məsləhətlər almaq imkanı əldə edirlər. Hər mərhələdə müsabiqə iştirakçıları əlavə motivasiya və hətta yeni ideyalar qazanırlar. İştirakçıların əksəriyyəti fikirlərini bölüşərkən qeyd edirlər ki, EY şirkətinin bu proqramında iştirak etdikdən sonra onlar öz baxışları və biliklərini sistemləşdirib, işgüzar əlaqələr dairəsini genişləndiriblər. Bəzi iştirakçılar hətta yeni layihələr üçün tərəfdaşlar tapa biliblər. Proqramın ölkəmizdə təsis edildiyi 2019-cu ildən etibarən 3 iştirakçı milli mərhələdə qalib gəlib. Bu il üçü də Monakoda keçirilən ölkələrarası yarışmaya qoşulublar. Onların sırasında ilk dəfə keçirilən müsabiqənin qalibi “Horeca” şirkətinin rəhbəri Rəşxan Qaraşlı, keçən il bu mötəbər titula yiyələnmiş “Resm” zərgərlik brendinin təsisçisi Rəsminə Qürbətova və builki müsabiqənin qalibi, orqanik məzələr və mürəbbələr istehsal edən “ZIRA Natural & Gourmet” brendinin təsisçisi Afət Əhmədovadır. Həmyerlilərimiz müsabiqənin beynəlxalq mərhələsində ilk dəfə təmsil olunub və bu barədə məlumatı müsabiqənin beynəlxalq mərhələsinin rəhbəri Staşa Mitçel Monakoda toplaşanlarla bölüşüb. EY “İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsinin bu ilki qalibi isə Argentinada fəaliyyət göstərən “Aleph Group Inc” şirkətinin təsisçisi və baş direktoru 49 yaşlı Qaston Taratuta olub. Taratuta 2005-ci ildə vətəni Argentinada və ümumilikdə Cənubi Amerika regionunda rəqəmsal iqtisadiyyatın inkişafına təkan vermək üçün media şirkəti təsis edib. 16 il keçdikdən sonra Taratuta firmanı dünyanın dörd qitəsində 90 bazarda təmsil olunan uğurlu qrupa çevirməyə müvəffəq olub. Keçən il işçi sayı mindən artıq olmaqla xalis əməliyyat mənfəəti 131 milyon ABŞ dolları, xalis gəlir isə 26 milyon ABŞ dolları təşkil edib. Ümid edirik ki, yaxın gələcəkdə “Dünya üzrə İlin İş Adamı” tituluna həmyerlimiz layiq görüləcək. İstənilən halda Azərbaycanın kişi və qadın sahibkarları da bu “xüsusi gen”ə malikdirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir