AZƏRBAYCANIN VƏ GƏNCƏNİN GERBLƏRİNƏ ABİDƏ UCALDILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Respublika günü ərəfəsində Gəncədəki Heydər Əliyev prospektində Azərbaycanın və Gəncənin gerbləri təsvir olunmuş abidənin açılışı olmuşdur. 14 metr hündürlüyündə abidənin yuxarı hissəsində dövlətimizin, aşağı hissəsində isə şir heykəlləri ilə əhatə olunmuş Gəncə şəhərinin gerbi təsvir edilmişdir. Tanınmış heykəltəraş Şərif Şərifovun və şəhərin baş memarı Məmməd İbrahimovun birgə yaratdıqları abidənin açılış mərasimində çıxış edənlər son illər respublikamızda qazanılmış uğurlardan danışmış, bu nailiyyətləri ümummilli liderimiz Heydər Əliyevin arzularını gerçəkləşdirən ölkə Prezidenti İlham Əliyevin gərgin əməyinin bəhrəsi kimi dəyərləndirmişlər.
Abidənin üzərindən ağ örtük götürüldükdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, yaylım atəşi açılmışdır. Sonra tədbir iştirakçıları şəhərin baş meydanına yürüş etmiş, burada müstəqil respublikamızın memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil və tər çiçək dəstələri qoymuş, Cavad xanın məzarını ziyarət etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]