AZƏRBAYCANIN VƏ RUSİYANIN XARİCİ İŞLƏR NAZİRLƏRİ GÖRÜŞMÜŞLƏR
Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 2-də xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Elmar Məmmədyarov ölkələrimizin dostluq və əməkdaşlıq münasibətlərinə toxunaraq Azərbaycanın və Rusiyanın dövlət başçıları arasında yaxın və səmimi əlaqələrin mövcud olduğunu diqqətə çatdırmışdır.
Həmkarının fikirləri ilə razılaşan Sergey Lavrov dövlətlərimiz arasında əlaqələrin hərtərəfli inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Görüşdə tərəflər, həmçinin ölkələrimiz arasında ticarətin həcminin daha da artırılması, 2005-ci ilin Rusiyada Azərbaycan ili elan edilməsi üzrə fəaliyyət planı və 2006-cı ilin Azərbaycanda Rusiya ili elan olunmasının perspektivləri ətrafında müzakirələr aparılmışdır.
Daha sonra tərəflər Xəzər məsələləri üzrə əməkdaşlığın müxtəlif cəhətləri ətrafında söhbət edərək, Xəzəryanı beş dövlət arasında qalmaqda olan problemin orta xətt prinsipinə əsaslanan konstruktiv əməkdaşlıq ruhunda həllinə sadiqliklərini bir daha təsdiqləmişlər.
Söhbət zamanı tərəflər BMT-də islahatlar, ATƏT-in perspektivləri, MDB-nin fəaliyyəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Rusiyanın da həmsədr olduğu ATƏT-in Minsk qrupunun fəaliyyəti məsələlərinə diqqət yetirmişlər.
Görüşdən sonra Elmar Məmmədyarov və Sergey Lavrov keçirdikləri mətbuat konfransında jurnalistləri maraqlandıran sualları cavablandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]