Azərbaycanın və Xorvatiyanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun qarşı tərəfin təşəbbüsü əsasında, Xorvatiya Xarici İşlər naziri Qordan Qrliç Radman ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətidən AZƏRTAC-a bildiriblər ki, nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərinin perspektivlərini müzakirə edərək, yüksək səviyyəli qarşılıqlı səfərlər də daxil olmaqla ikitərəfli siyasi əlaqələrdən məmnunluq ifadə ediblər. Eyni zamanda, iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətləri, Şərq Tərəfdaşlığında iştirak, eləcə də digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Hazırkı qlobal vəziyyətə toxunan nazirlər hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər və qarşılıqlı dəstək məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Sonda nazir Elmar Məmmədyarov Xorvatiyalı həmkarını Azərbaycana rəsmi səfər etməyə dəvət edib və nazir Qordan Qrliç Radman dəvəti məmnunluqla qəbul edib. Səfərin vaxtı ümumdünya sağlamlıq böhranı bitdikdən sonra diplomatik kanallar vasitəsilə müəyyən olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [19:00]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:56]