Azərbaycanla Bosniya və Herseqovinanın tikinti sahəsində əməkdaşlığı mümkündür VİDEO
Sarayevo, 29 oktyabr, AZƏRTAC
Azərbaycanla Bosniya və Herseqovinanın tikinti sahəsində əməkdaşlığı mümkündür.
AZƏRTAC xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Milorad Dodik Serbiyanın “RTRS” kanalına müsahibəsində deyib.
M.Dodik magistral yolların inşasında Azərbaycanla əməkdaşlığın mümkünlüyünü qeyd edib: “Bu ölkənin artıq Serbiya ilə Bosniya və Herseqovinada təmsil olunan güclü şirkətləri var. Azərbaycanın bu sahədəki ən böyük layihələrindən biri Albaniya və Yunanıstandan İtaliyanın cənubunadək uzanan təbii qaz boru kəməridir. Bu boru kəmərinin gələcəkdə Monteneqro və Xorvatiya sahilləri ilə Serbiya ilə Bosniya və Herseqovinayadək uzadılması planlaşdırılır”.
O vurğulayıb ki, sözügedən layihə Azərbaycan tərəfindən regionun inkişafı üçün yüksək dəyərləndirilir. Hazırda Azərbaycan Bosniya və Herseqovinanın Banya-Duke və Doboye şəhərlərindəki bir neçə tikinti layihəsini dəstəkləyir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo