Azərbaycanla İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial var
Bakı, 13 fevral, AZƏRTAC
Bu gün Azərbaycanla İsrail arasında əlaqələr çox yüksək səviyyədədir və kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan-İsrail İnnovasiya Forumunda bildirib.
Nazir qeyd edib ki, artıq bununla bağlı 2021-ci ildə Təl-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu da keçirilib. Forumda hər iki ölkənin iş adamları arasında görüşlər keçirilmiş və aparılan danışıqlar iqtisadi və ticari əməkdaşlığımızın formalaşmasına xidmət göstərib.
O qeyd edib ki, İsrail ilə əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələr təcrübə proqramına cəlb olunub. Onlar İsrailin mütərəqqi kənd təsərrüfatı və texnoloji biliklərinə yiyələnmək üçün bu ölkədə olublar. Belə tədbirlərin keçirilməsi Azərbaycanla İsrail arasında ümumi işgüzar maraqların və yüksək səviyyəli əlaqələrin inkişafından xəbər verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]