Azərbaycanla Somali arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisaid Muse Ali ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazirlər iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatında əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə regional məsələlər də müzakirə edilib.
Nazir Ceyhun Bayramov münaqişədən sonra bölgədəki cari vəziyyət barədə həmkarını məlumatlandırıb.
Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisaid Muse Ali ərazi bütövlüyünün təmin olunması münasibətilə Azərbaycanı təbrik edib.
Nazirlər, həmçinin təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Somalili nazir Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təhsil təqaüdlərinin ayrılmasını yüksək qiymətləndirib, bu sahədə gələcəkdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.
Tərəflər, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 14.08.2026 [14:39]
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub
- 14.08.2026 [11:07]
Pakistan Müstəqillik Gününü qeyd edir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Amerikalı basketbolçu "Neftçi"də
- [12:57]
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib
- 14.08.2026 [23:44]
"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir
- 14.08.2026 [23:34]
Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib
- 14.08.2026 [23:33]
Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində
- 14.08.2026 [23:13]
Almaniyanın altı əyalətində meşə yanğınları baş verib
- 14.08.2026 [22:31]
FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb
- 14.08.2026 [22:19]
Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb
- 14.08.2026 [22:13]
“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb
- 14.08.2026 [21:33]
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib
- 14.08.2026 [21:28]
Quba rayonunda zəlzələ baş verib
- 14.08.2026 [21:12]
“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib
- 14.08.2026 [21:01]
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
- 14.08.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 14.08.2026 [20:00]
Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
- 14.08.2026 [19:01]
Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb
- 14.08.2026 [18:58]
Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib
- 14.08.2026 [18:24]