Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanla Türkiyənin qardaşlıq münasibətləri türk dövlətləri arasında qarşılıqlı etimad mühitini formalaşdırıb

Azərbaycanla Türkiyənin qardaşlıq münasibətləri türk dövlətləri arasında qarşılıqlı etimad mühitini formalaşdırıb

Bakı, 9 sentyabr, AZƏRTAC

Qlobal iqlim dəyişiklikləri, müharibələr, münaqişələr, terrorizm, aqressiv separatizm və onların doğurduğu çoxsaylı problemlər, təbii ehtiyatların sürətlə tükənməsi, ətraf mühitin çirklənməsi və digər səbəblərdən dünyada baş verən təbii, texnogen, ekoloji və bioloji-sosial fəlakətlərin sayı sürətlə artır və təkcə ayrı-ayrı dövlətləri deyil, bütün bəşəriyyəti yeni çağırışlar qarşısında qoyur, mülki müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və birgə mülki müdafiənin təşkili kimi həyati əhəmiyyət daşıyan məsələləri ön plana çıxarır.

Bu fikirlər Əməkdar jurnalist Elçin Mirzəbəylinin Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin Bakıda keçirilən ikinci görüşünün əhəmiyyəti barədə analitik məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Fövqəladə birlik

Türkiyədə baş verən və 50 mindən çox insanın ölümünə səbəb olan zəlzələnin dəhşətli mənzərəsi sübuta yetirdi ki, hətta böyük iqtisadi potensiala və insan resurslarına malik olan dövlətlərin imkanları genişmiqyaslı təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün yetərli deyil. Miqyasından asılı olaraq, təbii fəlakətlərin, texnogen qəzaların və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması, artıq klassik mülki müdafiə anlayışı çərçivəsindən xeyli kənara çıxıb, milli və qlobal təhlükəsizlik məsələsinə çevrilib. Lakin maraqlı məqamlardan biri də təbii, texnogen, ekoloji və digər fəlakətlərin bir çox hallarda müharibələrdən daha ağır nəticələrə yol açdığına baxmayaraq, beynəlxalq hüququn fövqəladə hallara münasibətdə hələ də təkmil olmaması, sözügedən istiqamətin hələ də “yeni” sayılmasıdır. Bu sahədə dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının hazırladığı hesabatlar da sübuta yetirir ki, bir çox hallarda milyonlarla insanın fundamental hüquqlarının təmin edilməsinə maneə yaradan, on, yaxud yüzminlərlə insanın ölümünə səbəb olan təbii və texnogen fəlakətlərin nəticəsinin aradan qaldırılması üçün gərəkli olan beynəlxalq hüquqi bazanın yaradılmasına, ayrı-ayrı dövlətlərin geosiyasi maraqlarının ifadə olunmasında alətə çevrilən və fundamental əhəmiyyət kəsb etməyən, məhdud sayda insanı və ya kiçik qrupları əhatə edən hüquqi sənədlərdən daha az diqqət ayrılır. Bu isə, öz növbəsində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında qlobal məsuliyyətin stimullaşdırılmasına maneə yaradır, qarşılıqlı dəstəyi və yardımlaşmanı könüllülük müstəvisinə keçirir.

Bu sahədə narahatlıq doğuran başqa bir məqam isə, təbii fəlakət, texnogen qəza və digər bu qəbildən olan fövqəladə halların nəticələrinin aradan qaldırılmasında, hətta regional təsisatların belə ciddi struktur və mexanizmlərə malik olmamasıdır. Doğrudur, təcrübədə sözügedən istiqamətdə MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər regional təsisatlarda, ümumi müddəalardan ibarət olan razılaşmalar əldə edilib, ancaq bu razılaşmaların heç biri birgə mülki müdafiə mexanizmlərinin yaradılması ilə nəticələnməyib, əsasən nəzəri xarakter daşıyıb.

Bu baxımdan, Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizmlərinin yaradılması istiqamətində qəbul edilən qərarlarını, həmçinin TDT-yə üzv olan dövlətlərin başçılarının göstərişlərinə uyğun olaraq, TDT-nin fəlakət və fövqəladə falların idarəedilməsi üzrə nazirlərinin prosesin intensiv bir şəkildə praktik müstəviyə keçirilməsi ilə bağlı səylərini regional və qlobal əhəmiyyət daşıyan nümunə hesab etmək olar.

Tarixi missiya

Tarix boyu türk xalqları və dövlətləri arasında mənəvi körpülərin möhkəmləndirilməsində ideoloji platforma missiyasını yerinə yetirən Azərbaycan, qarşılıqlı münasibətlərin iqtisadi, siyasi, mədəni, humanitar və digər istiqamətlərdə inkişafı üçün səylərini əsirgəmir, təşəbbüsləri və praktik addımları ilə bu mühüm və tarixi prosesə öz töhfəsini verir.

Şübhəsiz ki, sözügedən prosesin təməlində Azərbaycan-Türkiyə münasibətləri dayanır. Azərbaycan və Türkiyənin misilsiz qardaşlıq münasibətlərinin, strateji müttəfiqliklərinin, həyata keçirdikləri ortaq layihələrin uğurlu nəticələri türk dövlətlərinin ortaq dil, tarix və mədəniyyət platforması üzərindən təşkilatlanması ideyasının cazibədarlığını daha da artırıb, bu prosesin bütün türk dövlətlərini əhatə etməsi və qarşılıqlı etimad mühitinin formalaşması üçün əlverişli zəmin formalaşdırıb.

Azərbaycanın dövlət başçısı türk dünyasının böyük söz və düşüncə adamlarından biri olan İsmayıl Bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” ideoloji düsturunun tarixin heç bir dönəmində sonunadək baş tutmayan, real nəticə verməyən hissəsi - işdə, əməldə birliyin həyata keçirilməsi kimi ən ağır, ən məsuliyyətli missiyasına siyasi həyatının ən müqəddəs məfkurəsindən biri kimi sahiblənərək sözün, fikrin və işin vəhdətindən yeni və strateji baxış bucağına malik əməkdaşlıq modelinin yaranmasına nail olub.

Bu gün TDT-nin ölkə həyatının və dövlətlərarası əməkdaşlığın bütün istiqamətləri üzrə təşkilatlanması, 2009-cu ildən, Naxçıvan Bəyannaməsinin imzalandığı gündən etibarən türk dövlətlərinin real birlik modelinin qurulması istiqamətində həyata keçirilən tarixi missiyanın gözlə görülə biləcək nəticələridir. Bu prosesin pərdə arxasında isə strateji zəka, xarakter, dəyərlərə və əcdadların vəsiyyətinə sədaqət, türk dünyasının gələcəyinə inam, uğurlu diplomatik fəaliyyət və təbii ki, zəhmət, fədakarlıq dayanır.

Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin Bakıda keçirilən və TDT-nin mülki müdafiə mexanizmlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyətə malik olan ikinci iclası da türk dövlətlərinin təşkilatlanması istiqamətində həyata keçirilən tarixi prosesin önəmli bir hissəsi sayıla bilər.

Peşəkarlıq və təmənnasız sevginin vəhdəti

Tədbirin əhəmiyyəti Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023“ beynəlxalq təliminin iştirakçılarını qəbul etdiyi zaman, dövlətimizin başçısı tərəfindən xüsusi olaraq vurğulandı.

İclası və beynəlxalq təlimləri önəmli hadisə kimi qiymətləndirən Prezident İlham Əliyev son vaxtlar bölgəmizdə və bütövlükdə dünyada fövqəladə halların sayının kəskin artığını bildirdi.

Sitat: “Azərbaycanın bu istiqamətdə təcrübəsi kifayət qədər böyükdür. Son illər ərzində maddi-texniki bazamızın möhkəmləndirilməsi istiqamətində işlər aparılıb, xilasedicilərin peşəkarlığı artıb. Bütövlükdə bizim müxtəlif bölgələrdə, o cümlədən Türk dünyasını birləşdirən ölkələrdə apardığımız xilasedici missiyalarımız əyani şəkildə bizim imkanlarımızı və niyyətimizi göstərir. Biz hər zaman bir-birimizin yanında olmalıyıq, Türk Dövlətləri Təşkilatının inkişafı ilə bağlı bütün üzv ölkələr öz dəyərli töhfələrini verirlər, o cümlədən Azərbaycan. Azərbaycan bütün dövrlərdə bu təşkilatın güclənməsinə hər zaman öz dəstəyini əsirgəməmişdir və bizim xarici siyasət prioritetləri arasında təşkilata üzv ölkələrlə əlaqələr birinci yer tutur. Bunu mən Prezident kimi dəfələrlə bəyan etmişəm, eyni zamanda, biz bunu əməli işlərdə də göstərmişik”.

Bütün digər istiqamətlərdə olduğu kimi, TDT-yə üzv ölkələrdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Azərbaycan hər zaman əsl dostluq, qardaşlıq nümunəsi göstərib. Təsadüfi deyil ki, qardaş Türkiyədə təbii fəlakətlər zamanı dövlətimizin və xalqımızın nümayiş etdirdiyi həmrəyliyə münasibətdə, artıq atalar sözünə çevrilmiş bir deyim var: “Azərbaycan “gəlirəm” deməz, gələr”. Zənnimcə, bu deyim Azərbaycan-Türkiyə münasibətlərinin sevgiylə yoğrulan mahiyyətini ifadə etməklə yanaşı, həm də dövlətimizin humanizm prinsiplərinə sədaqətini, İsmayıl Qaspıralının fikirlərindən daha öncə gətirdiyim iqtibasda qeyd olunduğu kimi, əməldə, işdə birlik, qarşılıqsız, təmənnasız qardaşlıq nümayiş etdirmək gücünü və böyüklüyünü göz önünə sərgiləyir.

Türkiyədə baş verən meşə yanğınları və zəlzələlər zamanı, dövlətimizin və xalqımızın sərgilədiyi heyrətamiz birlik, yanğınsöndürən və xilasedicilərimizin vəzifələrini yüksək peşəkarlıqla yerinə yetirməklə bərabər, bir ağacı, bir insanı xilas etmək üçün öz həyatlarını təhlükəyə atmaları, tarix boyu qardaşlığın, dostluğun və insanlığın parlaq, misilsiz fədakarlıq nümunələri kimi xatırlanacaq. Şübhə etmirəm ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin növbəti toplantısı zamanı hüquqi əsasları yaradılacaq mülki müdafiə mexanizmlərinin təməlində də, məhz Azərbaycanın timsalında özünü büruzə verən dostluq, qardaşlıq və peşəkarlıq nümunələri dayanacaq.

Türk dövlətlərinin təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılmasına xidmət edən əməkdaşlığı artıq önəmli bir mərhələyə qədəm qoymaqdadır. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasındakı çıxışı zamanı bu məqama diqqət çəkdi və bildirdi ki, “Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş” qurumlar arasında əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcək.

Qənaətimə görə, Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin Bakıda keçirilən ikinci görüşünün əhəmiyyətini artıran məqamlardan biri də sözügedən toplantının “Bakı-2023” beynəlxalq təlimi ilə yekunlaşmasıdır. Yüksək səviyyədə təşkil edilmiş beynəlxalq təlim qarşılıqlı əməkdaşlığın praktik məcrada inkişafının ilkin mənzərəsi kimi də qəbul oluna bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir