AZƏRBAYCANLI BƏSTƏKAR BEYNƏLXALQ MÜSABİQƏNİN QALİBİ OLMUŞDUR
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının bədii rəhbəri, bəstəkar İlham Abdullayev bəstəkarların Sankt-Peterburqda keçirilmiş Beynəlxalq müsabiqəsində birinci yeri tutmuşdur.
Teatrdan AZƏRTAC-ın müxbirinə demişlər ki, müsabiqənin şərtinə görə, hər bir iştirakçı musiqi yarışmasına heç bir konsertdə ifa olunmamış müxtəlif məzmunlu iki yeni əsər göndərmişdir. Azərbaycanlı bəstəkar İlham Abdullayev müsabiqədə 8 vilionçel üçün yazdığı “Elegiya” və “Rəqs” əsərlərinin partiturası ilə iştirak etmişdir. Bu günlərdə müsabiqəyə yekun vurulmuş, qaliblər elan olunmuşdur. İlham Abdullayev müsabiqədə birinci yeri tutmuşdur.
Müsabiqənin şərtinə əsasən 15 ən yaxşı əsər kompakt diskə yazılaraq qaliblərə göndəriləcəkdir. Digər qaliblərdən fərqli olaraq həmin diskə İlham Abdullayevin hər iki əsəri yazılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]