Azərbaycanlı gənc Gürcüstan parlamentində inteqrasiya layihəsində iştirak edəcək
Tbilisi, 28 mart, AZƏRTAC
Gürcüstan parlamentində gənclərin siyasi baxışlarının formalaşması, onların debatlarda, “dəyirmi masa”larda iştirakı, təcrübə keçməsi, müvafiq dərslər alması və Avropaya inteqrasiyası ilə bağlı yeni layihəyə start verilib.
AZƏRTAC xəbər verir ki, layihənin seçim turunda gürcü gənclərlə yanaşı, azərbaycanlılar da iştirak ediblər.
Parlamentin yerli özünüidarəetmə komitəsində gənclərlə iş üzrə yaradılmış bölməyə azərbaycanlı fəal gənc Təmkin Nağıyev üzv seçilib. Açıq səsvermə yolu ilə keçirilən seçkilərdə Təmkin Nağıyevi 180 gəncin 129-u müdafiə edib. T.Nağıyev bu vəzifəyə seçilən ilk azərbaycanlı gəncdir. O, həmçinin regionlarda gənclərin vəziyyətini, onları maraqlandıran məsələləri öyrənəcək 10 nəfərlik qrupun da rəhbəri seçilib.
Gənclər diaspor quruculuğu və gənclərin parlamentdə təcrübə keçməsi ilə bağlı fəal iş aparacaqlar.
Parlamentdəki çoxluğun rəhbəri, deputat Arçil Talakvadze gənclərə tövsiyə və məsləhətlərini verib, onlara uğurlar arzulayıb.
Ümumilikdə 180 gəncin parlamentdə təcrübə keçməsini nəzərdə tutan layihə bir il davam edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]