Azərbaycanlı idmançı Qırğızıstanda qaydasız döyüş üzrə beynəlxalq yarışın qalibi olub
Bişkek, 10 fevral, AZƏRTAC
Azərbaycanlı idmançı Tünzalə İmanlı Qırğızıstanın Oş şəhərində keçirilən qaydasız döyüş üzrə beynəlxalq turnirdə “super kəmər”in sahibi olub.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz 55 kiloqram çəki dərəcəsində yarışda bütün rəqiblərini məğlub edərək qalib adını qazanıb. İdmançı bu Qələbəsini ikinci Vətən müharibəsində şəhid olan Vətən oğullarının xatirəsinə həsr etdiyini bildirib.
Rusiyanın Novosibirsk şəhərində yaşayan T.İmanlı yarışlarda Azərbaycan bayrağı altında çıxış edir.
Qeyd edək ki, uşaqlar və böyüklər arasında keçirilən yarışa 700-dən artıq idmançı qatılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]