Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
Azərbaycanlı jurnalistlərin Özbəkistana səfəri çərçivəsində media nümayəndələri Daşkənddən Səmərqəndə yola düşüblər.
AZƏRTAC xəbər verir ki, jurnalistlər Daşkənd–Səmərqənd–Xivə marşrutu üzrə hərəkət edən sürət qatarı ilə təxminən 2 saat ərzində Səmərqəndə çatıblar. Qatarın sürəti 160–180 km/saat təşkil edib.
Azərbaycan media nümayəndələri Səmərqənd dəmir yolu vağzalında hərbi simfonik orkestr və milli çalğı ansamblı tərəfindən Azərbaycan və Özbəkistanın milli musiqilərinin sədaları altında qarşılanıblar.
Müxbir - Pərvanə Qafarova
Fotoqraf - Tofiq Babayev