AZƏRBAYCANLI MÜƏLLİMLƏR TÜRKİYƏDƏ YAPON TEXNOLOGİYASINI ÖYRƏNƏCƏKLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) maliyə dəstəyi ilə bu ilin noyabrından başlayaraq Azərbaycanın peşə liseylərinin 30 müəllimi İzmirdəki Mazhar Zorlu Anadolu Texniki Liseyində Yaponiya lisenziyalı robot texnologiyasını öyrənəcəklər. 84 min avro dəyərindəki bu layihə çərçivəsində yaponiyalı mütəxəssislər robot texnologiyası ilə yanaşı, sənayenin avtomatlaşdırılması və mexatronik texnologiyaları öyrədəcəklər. Ölkəmizi təmsil edəcək müəllimlər elektrik, elektronika, kompyuter və toxuculuq maşınları mütəxəssisləri arasından seçiləcəkdir. Tədris müddəti üç ildir.
TİKA və Türkiyənin Milli Təhsil Nazirliyi Azərbaycandan sonra bu layihəni digər türkdilli dövlətlər üçün də reallaşdıracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]