MƏDƏNİYYƏT
Azərbaycanlı pianoçu Vyanada yubiley tədbirində çıxış edib
Bakı, 31 yanvar, AZƏRTAC
Türkiyənin Vyanadaki səfirliyində Türkiyə ilə Avstriya arasında imzalanmış dostluq müqaviləsinin 100-cü ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin bədii hissəsini tamaşaçılara gənc azərbaycanlı pianoçu, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı, “Qran- Pri” mükafatçısı Ayan Məmmədli təqdim edib.
Ayan Məmmədlinin konsertdə türk və Avropa bəstəkarlarının əsərlərindən ibarət ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun və xanımı Aziza Ceyhun gənc pianoçu Ayan Məmmədliyə maraqlı musiqi təqdimatına görə öz təşəkkürlərini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:17]
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
- 06.05.2024 [17:23]
Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri
- 06.05.2024 [16:50]
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
- 06.05.2024 [15:43]
Azərbaycanın turizm imkanları Dubayda sərgilənir
- 06.05.2024 [15:31]