Azərbaycanlı sumoçular Estoniyada XXIII Avropa çempionatında iştirak edəcəklər
Bakı, 11 aprel, AZƏRTAC
Sumoçularımız aprelin 18-də Estoniyanın paytaxtı Tallində start götürəcək XXIII Avropa çempionatında iştirak edəcəklər.
Azərbaycan Sumo Federasiyasından (ASF) AZƏRTAC-a bildiriblər ki, yarışlarda ölkəmizi Camal Feyziyev (115 kq), Avropa çempionları Məhərrəm Eyvazov (60 kq) və Çingiz Səmədov (100 kq), qitə birinciliyinin mükafatçısı Cavid Feyziyev (115 kq) və Azərbaycan çempionu Nahid Vəliyev (60 kq) təmsil edəcəklər. İdmançılarımız federasiyanın prezidenti Samir Abdullayevin rəhbərliyi ilə mübarizə aparacaqlar.
Çempionatda qarşılaşmaların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Rəsul Həsənov təmsil edəcək.
Avropa çempionatında 17 ölkədən 300-dən çox idmançı gücünü sınayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]