AZERCELL “GİZLƏTCELL” XİDMƏTİNİ TƏKMİLLƏŞDİRMİŞDİR
Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, abonent başqa abonent üçün də “GizlətCELL+” xidmətini aktivləşdirə bilər. Bunun üçün mesajın mətnində həmin abonentin nömrəsini yazaraq, 9001 (24 saat) və ya 9007 (168 saat) nömrələrinə göndərmək lazımdır. Bu haqda məlumat və “GizlətCELL+” xidmətini aktivləşdirən abonentin nömrəsi həmin abonentə SMS vasitəsilə çatdırılacaqdır.
Xidmət 24 (9001 nömrəsi) və ya 168 saat (9007 nömrəsi) üçün aktivləşdirilir. Vaxt başa çatdıqdan sonra xidmət avtomatik surətdə bağlanır.
“GizlətCELL+” xidmətinin tarifləri göndərilən SMS-ə görə hesablanır.
Xidmətin aktivləşdirilməsi tarifləri isə onun vaxtından asılıdır. Məsələn, xidmətin 24 saat, yəni 1 gün aktiv olması (9001 nömrəsi vasitəsilə) SimSim (GəncSim) abonentlərinə 50 kontura, Azercell abonentlərinə isə 1000 manata və ya 20 qəpiyə (ƏDV xaric), xidmətin 168 saat, yəni 7 gün aktiv olması isə (9007 nömrəsi vasitəsilə) SimSim (GəncSim) abonentlərinə 300 kontura, Azercell abonentlərinə isə 6000 manata, yaxud 1 yeni manat 20 qəpiyə (ƏDV xaric) başa gələcəkdir.
“GizlətCELL+” xidmətini başqa abonentə hədiyyə olaraq aktivləşdirmək üçün də eyni tarif tətbiq olunur. Bu halda onu hədiyyə edən şəxs mənsub olduğu abonent paketinə uyğun kontur və ya pul ödəyir.