“Azercell” satışda olan nömrələr üzrə axtarış xidmətini istifadəyə vermişdir
Bakı, 21 fevral (AZƏRTAC). “Azercell Telekom” MMC www.mysim.az internet səhifəsi vasitəsilə rəsmi dilerlərində satışda olan nömrələr üzrə axtarış xidmətini istifadəyə vermişdir.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi abonentlərə istənilən nömrənin axtarışında dəstək vermək və müştəri məmnuniyyətini artırmaqdır.
Layihənin ilk mərhələsində birinci kateqoriyalı dilerlər iştirak edirlər. Növbəti mərhələdə ikinci və üçüncü kateqoriyalı dilerlər əlavə olunacaqlar. Üçüncü mərhələdə SMS vasitəsilə axtarış sistemini tətbiq etmək planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [15:30]
Mərkəzi Bankın kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
- 09.05.2026 [10:10]