Azercell” şirkəti “CEBİT-Bilişim-2014” konfransında yeni texnologiyalarını nümayiş etdirir
Şirkətdən AZƏRTAC-a bildirilib ki, sərgidə nümayiş olunan yeniliklərdən biri M2M texnologiyası əsasında yaradılan xidmətlərdir. M2M müxtəlif məişət və sənaye sahələrində məlumatların toplanmasını və mobil rabitə vasitəsilə istifadəçiyə dərhal göndərilməsinə imkan verir. Bu texnologiyalar bank, nəqliyyat, təhlükəsizlik, neft-qaz sənayesi, kommunal xidmətlər və digər sahələrdə tətbiq olunur. Bununla yanaşı, sərgidə “Asan imza” (mobil imza) xidməti də nümayiş etdirilir.
Avrasiya ölkələrinin böyük və əhəmiyyətli tədbirlərindən olan “CEBİT Bilişim-2014” qlobal konfransı sentyabrın 14-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]