“Azəriqaz” İB-də “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” üzrə auditə başlanılıb
Bakı, 19 avqust, AZƏRTAC
“Azəriqaz” İB-də ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” standartı 2015-ci ildən tətbiq olunur. Həmin tarixdən etibarən bu standartın tələbləri üzrə idarəetmənin təşkilinə başlanılıb.
İB-dən AZƏRTAC-a bildirilib ki, bu sahədə nəzarət auditinin həyata keçirilməsi məqsədilə avqustun 19-da Türk Standartları İnstitutunun Azərbaycan təmsilçiliyinin nümayəndələrinin iştirakı ilə açılış tədbiri keçirilib. Tədbirdə Birliyin baş direktoru Ruslan Əliyev, baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev, Türk Standartları İnstitutunun Azərbaycan təmsilçiliyinin nümayəndələri Arzu Gülhan Yüzereroğlu və Xatirə Salahova, eləcə də aidiyyəti üzrə digər rəsmilər iştirak ediblər.
Bildirilib ki, “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” standartı üzrə keçiriləcək nəzarət auditinə hazırlıq məqsədilə Birliyin 16 struktur bölməsində 1-ci tərəf daxili audit keçirib və müvafiq qaydada sənədləşdirilmə aparılıb. Daxili audit zamanı struktur bölmələrdə ciddi uyğunsuzluqlar aşkar edilməyib.
Sonda “Azəriqaz” İB-nin rəhbərliyi auditin keçirilməsi üçün lazımi şəraitin yaradıldığını bildirib. Bu proses zamanı hər hansı narahatlığın yaşanmayacağına əminlik ifadə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]