“AZƏRİQAZ” İYUN AYINDA NEFT-QAZ CIXARMA İDARƏLƏRİNDƏN NƏ QƏDƏR “MAVİ YANACAQ” ALMIŞDIR
Azərbaycan Dövlət Neft Şirkətindən AZƏRTAC-a verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin quruda və dənizdə fəaliyyət göstərən neft-qaz cıxarma idarələri cari ilin iyun ayında “Azəriqaz”a 146,4 min kubmetr əvəzinə, 159,3 min kubmetr, yəni 12,9 min kubmetr artıq təbii qaz təhvil vermişdir. Beləliklə Proqnoz tapşırıqlarına 108,8 faiz əməl edilmişdir. İlin əvvəlindən təhvildəki aybaay artım yarımillik nəticədə özünü göstərmişdir. Birliyin neftçiləri “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinə nəzərdə tutulduğundan 178,7 min kubmetr əlavə, bütövlükdə 1061,7 min kubmetr “mavi yanacaq” göndərmişlər ki, bu da keçən ilin müvafiq dövründəkindən 219 min kubmetr çoxdur.