“Azərişıq” ASC-nin sədri Göygöldə vətəndaşları qəbul edib
Bakı, 15 sentyabr, AZƏRTAC
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov sentyabrın 15-də Göygöldə Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Göygöl rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.