AzMİU-nun İtaliya-Azərbaycan Dizayn Mərkəzi tələbələr üçün onlayn müsabiqə keçirəcək
Bakı, 21 aprel, AZƏRTAC
AzMiU-nun İtaliya-Azərbaycan Dizayn Mərkəzi fəaliyyətini distant şəkildə davam etdirir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, mərkəz Memarlıq fakültəsinin tələbələri üçün Parklet və Liqo müsabiqəsi keçirməyə hazırlaşır. Müsabiqənin videokonfransı “Zoom” platforması vasitəsilə aprelin 24-25-də saat 14:00-da keçiriləcək. Mərkəzin direktoru Fərid Kərimov müsabiqənin şərtləri ilə bağlı tələbələrə onlayn şəkildə təlimatlar verib.
Məqsəd tələbələrdə dizayn və memarlıq bacarıqlarının, yaradıcılıq qabiliyyətlərinin inkişafı istiqamətində onların real layihələrdə iştirakını təşkil etmək, həmçinin ərazilərin abadlaşdırılması ekoloji mədəniyyəti formalaşdırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]