AzMİU-nun startapçı tələbələri Koreyanın beynəlxalq proqramında iştirak hüququ qazanıblar
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İBİ mərkəzinin rezidentləri, startapçı Nigar Novruzzadə (N'us Gallery) və Rəvan Quluzadə (TapTik) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən keçirilən "Capacity Building" proqramında iştirak hüququ qazanıblar.
Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib.
Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən proqramda iştirak etmək üçün AzMİU-nun müəllim və tələbə heyətindən 38 nəfər qeydiyyatdan keçib. Startapçı tələbələrlə yanaşı, qeydiyyatdan keçən müəllim heyətindən Könül Ağayeva, Nəsibə Əmirbəyova, Xanlar Qəniyev, Tükəzban Həsənova, Günel İmanquliyeva və Fidan Məmmədova da proqramda iştirak hüququ qazanıblar.
Qeyd edək ki, Azərbaycan üzrə bu proqramda ümumilikdə 40 nəfər iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]