“Aztelekom” İB-də “qaynar xətt” yaradılmışdır
Bakı, 13 oktyabr (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyində (İB) “qaynar xətt” yaradılmışdır. 24 saat fasiləsiz olaraq respublikanın bütün bölgələrində vətəndaşlara ödənişsiz xidmət göstərəcək “qaynar xəttə” “012-122” nömrəsi vasitəsilə zəng etmək olar.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, servisin yaradılmasının məqsədi “Aztelekom”da göstərilən rabitə xidmətlərinin keyfiyyəti barədə rəy və təkliflərin, eləcə də istifadəçilərin İB-in xidmətlərindən yararlanarkən qarşılaşdıqları müxtəlif problemlər (telefon çəkilişi, telefonların işləməməsi, internetə qoşulma zamanı çətinliklər və s.) haqqında məlumatın operativ çatdırılmasını təmin etməkdir.
“Qaynar xətt” “Aztelekom” tərəfindən regionlarda yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, bu sahədə dünya miqyasında qazanılmış ən son nailiyyətlərin ucqarlarda da kütləvi istifadəsinə şərait yaradılması istiqamətində həyata keçirdiyi prioritet tədbirlər çərçivəsində yaradılmışdır.
Bundan əlavə, qeyd olunan nömrəyə zəng etməklə yanaşı, xüsusi olaraq vətəndaşların müraciətlərinin qəbulu üçün, həmçinin [email protected] elektron poçtu da fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2026 [18:37]
Sumqayıt Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb
- 25.05.2026 [18:07]
Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb
- 25.05.2026 [17:12]
Azərbaycanda duz istehsalı 28 faiz artıb
- 25.05.2026 [16:45]
Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb
- 25.05.2026 [15:58]
“PAŞA Bank” IPO üzrə abunə yazılışının müddətini uzadıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [20:00]
Düşənbədə su festivalı
- [19:57]
Kosmik hava proqnozu açıqlanıb
- [16:04]