Bacısını qətlə yetirən şəxs polisə təslim olub VİDEO
Hacıqabul, 18 avqust, AZƏRTAC
Hacıqabul rayonunda bacısını bıçaqla qətlə yetirən şəxs hüquq-mühafizə orqanlarına təslim olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Hacıqabul şəhəri Sabir Almazov küçəsində qeydə alınıb. Hacıqabul sakini Cəfər Həsənov bacısı Zeynəb Qocayevanı bıçaqla vuraraq qətlə yetirib.
Hadisəni törədən Cəfər Həsənov könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub. Faktla bağlı araşdırma aparılır.
Müxbir-Aydın Yavərzadə